Bu gün Topaz Premyer Liqasında 19-cu turun növbəti oyunu keçirilib. Futbolinfo.az xəbər verir ki, AZAL evdə "Neftçi"ni 2:1 hesabı ilə məğlub edib. 
Oyunsonrası mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Arif Əsədovun səfərdəki məğlubiyyəti belə şərh edib: "Bilirdik ki, birinci oyun çətin keçəcək. Heyətimizdə zədəli və cəzalı futbolçular var idi. Amma buna baxmayaraq, komanda yaxşı oynadı. Qol da vurduq. Kobud səhvlər nəticəsində məğlub olduq. Biz müdafiənin sol cinahına son ana qədər futbolçu axtarırdıq. Əcnəbi oyunçu almayacağımızı demişdim. Əziz Quliyevin bu mövqe üçün uyğun olduğunu görüb, transfer etdik".
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp