Bu gün Topaz Premyer Liqasında 19-cu turun növbəti oyunu keçirilib. Futbolinfo.az xəbər verir ki, AZAL evdə "Neftçi"ni 2:1 hesabı ilə məğlub edib. 
Oyunsonrası mətbuat konfransında açıqlama verən "təyyarəçilər"in baş məşqçisi Tərlan Əhmədov evdəki qələbəni belə şərh edib: "Əvvəla hər iki komandanı gözəl oyun münasibətilə təbrik edirəm. Futbolçularım bu gün yaxşı oynadılar. Araz Abdullayevi zərərsizləşdirərək, rəqibin sürətli oyununun qarşısın aldıq. AZAL bizim ikinci ailəmizdi. Biz gecəmizi gündüzümüzə qatıb, çalışırıq və nəticə ortadadı".
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp