"Real"ın baş məşqçisi Karlo Ançelotti "Kordoba" ilə qarşılaşmasında etdiyi hərəkətə görə cəzalandırılan Kriştianu Ronaldo haqqında açıqlama verib. Futbolinfo.az xəbər verir ki, Ançelotti portuqaliyalı ulduzun "Atletiko" ilə derbi matçına hazırlaşacağını deyib: 
"Diskvalifikasiya istənilən halda pisdi. O, problemsiz iki oyun buraxacaq. Həmin vaxt isə "Atletiko" ilə derbiyə hazırlaşacaq. Ronaldonun sağlamlığı ilə heç bir problemi yoxdu. O, birinci olaraq öz hərəkətinə görə üzr istəyib. Ronaldo səhv buraxıb və bunu başa düşüb. Bu, bir daha təkrarlanmayacaq".
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp