2014-2015 mövsümünün ikinci yarısına hazırlıq məqsədi ilə Türkiyənin Antalya şəhərində toplanışda olan “Qarabağ” çalışmalarını yekunlaşdırmaq üzrədi. Futbolinfo.az xəbər verir ki, Ağdam təmsilçisi toplanış çərçivəsində 6-cı, son yoxlama matçını keçirib.
 
Qurban Qurbanovun komandası Ruminiya təmsilçisi "Tırqu Mureş"lə üz-üzə gəlib. Görüş 0:0 hesablı bərabərliklə başa çatıb.
 
Qeyd edək ki, ilk yoxlama matçında Xorvatiyanın “RNK Split” klubuna 1:3 hesabı ilə məğlub olan Qurban Qurbanovun komandası 2-ci matçda İsveçrə “Sürix”i ilə 1:1 bərabərə qalmışdı. Ağdamlılar üçüncü oyunda isə Bolqarıstan təmsilçisi “Levski”yə (Sofiya) 0:3 hesabı ilə uduzmuşdu. 4-cü matçında Polşa "Legiya"sını 2:0 hesabı ilə məğlub edən "atlılar" son matçda isə Rusiya "Mordoviya"sı ilə qolsuz bərabərə qalıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp