Türkiyə PTT 1-ci Liqasında 18-ci turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Mahir Şükürovun çıxış etdiyi "Karşıyaka" da növbəti matçına çıxıb.
Adıçəkilən komanda səfərdə "Antalyaspor"la üz-üzə gəlib. Oyun 2:2 bərabərliklə sona çatıb. Matça start heyətdə çıxan müdafiəçimiz sona qədər mübarizə aparıb və 53-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, "Karşıyaka" hazırda 26 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp