Bu gün Asiya Kubokunda (AK) final oyunu baş tutub. Futbolinfo.az xəbər verir ki , AK-nin 16-cı finalı Avstraliyanın paytaxtı Sidney şəhərində keçirilib. 
Doğma divarlar arasında Cənubi Koreyani qəbul edən yaşıl qitə təmsilçisi 2:1 hesabı ilə qələb qazanıb.
Matça sürrətli başlayan meydan sahibləri 45-ci dəqiqədə Masima Lounqonun qolu ilə ilk hissəni üstün (1:0) bitiriblər. İkinci yarıda məğlubiyyətlə barışmayan koreyalılar 90+1-ci dəqiqədə Son Hın Minin qolu ilə qarşılaşmada intiriqanı davam etdirərək, uzatma dəqiqələrinə kimi şanslarını saxlayıblar.  Artırılma dəqiqələrində təzyiqi artıran meydan sahiblərinin qələbə qolunu 105-ci dəqiqədə James Troisi  vurub.
Bələliklə də oyunda başqa qol olmayınca Avstraliya millisi tarixində ilk dəfə Asiya çempionu adını qazanıblar.
Qeyd edək ki , 2 dəfə çempionluq yaşayan Cənubi Koreya yığması isə bu dəfə eyni uğurlarını təkrarlaya bilmədi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp