Türkiyə PTT 1-ci Liqasında həm mövsümün ikinci yarısına, həm də 18-ci tura start verilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin sabiq  hücumçusu Branimir Subaşiçin çıxış etdiyi “Manisaspor” klubu növbəti matçına çıxıb.   
Manisalılar səfərdə “Alanyaspor”la qarşılaşıb. Görüş qonaqların 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Ehtiyat oyunçular skamyasında əyləşən Subaşiç 64-cü dəqiqədə meydana çıxıb.
Qeyd edək ki, bu nəticədən sonra “Manisaspor” turnir cədvəlində 17 xalla 16-cı pillədədi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp