Azərbaycan millisinin yarımmüdafiəçisi Toğrul Eratın çıxış etdiyi Düsseldorf “Fortuna”sı yoxlama oyununda gücünü sınayıb. Futbolinfo.az xəbər verir ki, Almaniya 2-ci Bundesliqa təmsilçisi həmin ölkənin Regional Liqasında mübarizə aparan "Meppen"lə üz-üzə gəlib.
 
Görüş 0:0 hesablı bərabərliklə başa çatıb. Erat isə 79-cu dəqiqədən sonra meydana çıxıb.
 
Qeyd edək ki, "Fortuna" hazırda 31 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşır.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp