İspaniya La Liqasında 21-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasında oynamağa yenicə razılıq verən futbolçu Eddi İsrafilovun çıxış etdiyi "Qranada" da növbəti matçına çıxıb.   
Adıçəkilən komanda doğma arenada “Elçe” ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Son bir neçə turda olduğu kimi, bu dəfə də İsrafilovun adı matçın iştirak ərizəsində yer almayıb.     
 
Qeyd edək ki, “Qranada” hazırda 18 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp