"Bakı" klubunun problemləri bitmir. Futbolinfo.az xəbər verir ki, "zolaqlılar"ın bazasında su problemi yaranıb. 
Maraqlıdır ki, bu problem "Bakı"nın hazırda davam edən Premyer Liqa oyununda (19-cu tur) da yaşanır. Klubun bazasına gələn suyu kəsiblər. Bunun üçün klub rəhbərliyi bazaya maşınlarla su gətirməyə məcbur olur. "Qəbələ" ilə oyun öncəsi bazada su qartardığı üçün, matçın gedişində daha bir su maşını oyunun keçirildiyi arenaya gəlib. Həmin anın özəl fotosunu təqdim edirik.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp