Ötən ilin dekabr ayında “Xəzər Lənkəran”ın düşərgəsini icazəsiz tərk edən Qalin İvanov özünə yeni klub tapıb. Futbolinfo.az xəbər verir ki, bolqarıstanlı futbolçu karyerasını Türkiyədə davam etdirəcək.
Türkiyə qaynaqlarımızdan əldə etdiyimiz məlumata görə, yarımmüdafiəçi bundan sonra PTT 1-ci Liqa təmsilçisi olan “Samsunspor”un şərəfini qoruyacaq. İvanovun türk klubu müqavilə müddəti 1,5 il olacaq. Transfer sabah ictimaiyyətə təqim olunacaq. 
Qeyd edək ki, futbolçu “Xəzər Lənkəran”dan maaşını əsas gətirərək  FİFA-ya şikayət etmişdi. Maraqlıdı ki, cənublular isə öz növbəsində İvanovu haqsız sayaraq, onun geri dönməyəcəyi halda FİFA-ya müraciət edəcklərini bildirmişdi. Xatırladaq ki, “Xəzər Lənkəran” rəhbərliyi klubun icazəsi olmadan Qalin İvanovun başqa bir komandaya transferinin mümkünsüz olduğunu qeyd etmişdi. Çünki onun lənkəranlılarla mövsümün sonuna qədər müqaviləsi var. Onu da əlavə edək ki, futbolçu “Xəzər Lənkəran”dan getdikdən sonra ölkəsinin “Levski” klubu ilə danışıqlar aparırdı. 
 
EMİN SƏFƏROV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp