Bu gün Topaz Premyer Liqasında 19-cu turun növbəti oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, "Qəbələ" səfərdə "Bakı"nı 2:0 hesabı ilə məğlub edib. 
 
Biləcəridə baş tutan oyunun 30-cu dəqiqəsində zədələnən Qəbələ təmsilçisinin yeni transferi Ruslan Fomin son vəziyyəti bəlli olub. Əldə etdiyimiz məlumata görə, top uğrunda mübarizə apararkən qaşı yarılan futbolçu xəstəxanaya aparılıb. Qaşına iki tikiş qoyulan futbolçunun vəziyyəti hazırda yaxşıdı.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp