Bu gün Topaz Premyer Liqasında 19-cu turun növbəti oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, "Qəbələ" səfərdə "Bakı"nı 2:0 hesabı ilə məğlub edib. 
 
Biləcəridə baş tutan oyunda xoşa gəlməz hadisə yaşanıb. Belə ki, Qəbələ təmsilçisinin futbolçusu Cavid Hüseynov küncdən zərbəni yerinə yetirərkən rəqib azarkeşlər onu söyüb. Bu hadisənin davamə oyun sonrası da yaşanıb və Hüseynov həmin azarkeşlərin valideyinlərinə qarşı söyüş dolu ifadələr işlədib.
Qeyd edək ki, 26 yaşlı yarımmüdafiəçi cari mövsümün əvvəlində "Bakı"dan "Qəbələ"yə keçmişdi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp