Bu gün Topaz Premyer Liqasında 19-cu turun növbəti oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, "Qəbələ" səfərdə "Bakı"nı 2:0 hesabı ilə məğlub edib. 
Oyunsonrası mətbuat konfransında açıqlama verən paytaxt təmsilçisinin baş məşqçisi İbrahim Uzunca evdəki məğlubiyyəti belə şərh edib: “Bu gün gənc futbolçuların sərgilədiyi oyuna görə sevincliyik. Penaltiyə qədər yaxşı mübarizə apardıq, üstün oynadığımızı düşünürəm. Hakimlərdən xahişim odur ki, penalti epizodlarında  bir az diqqətli olsunlar. Mən demirəm, qapımıza penalti təyin olunmasın. Penalti varsa, versinlər. Gənc komandanı penaltidən sonra toparlamaq çətindi. Amma ümumi oyundan razıyam. Jaba oyundan çıxan zaman etiraz etdi. Ancaq sonra gəlib üzr istədi. Biz ona başa saldıq ki, belə hallar olmamalıdı”.  
(pfl.az)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp