Bu gün Topaz Premyer Liqasında 19-cu turun növbəti oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, "Qəbələ" səfərdə "Bakı"nı 2:0 hesabı ilə məğlub edib. 
Oyunsonrası mətbuat konfransında açıqlama verən Qəbələ təmsilçisinin baş məşqçisi Roman Qriqorçuk səfərdəki qələbəni belə şərh edib: “Nəticə xeyrimizə oldu. 3 xal əldə etdik. Amma komanda mən istədiyim kimi oynamadı. Oyunun ilk 20 dəqiqəsində topu saxlaya bilmirdik. Futbolçular topu görəndə həyəcanlanırdılar. Biz bunu araşdıracağıq. Açığı, vəziyyət məni təəccübləndirdi. Bundan öncə “Qəbələ”də işləyən insanlar barədə danışmaq istəmirəm. Hazırda mənim düşüncələrim klub rəhbərliyinin düşüncələri ilə eynidi. Öz sistemim var. Bunu formalaşdırmaq üçün çalışırıq. Kamran Ağayev barədə danışarkən onu deyim ki, heyətdən gedən oyunçuya hörmətim var. Mən Kamrana heç vaxt deməmişəm ki, sən bizə lazım deyilsən və ya 2-ci olacaqsan. Düşünürəm ki, Kamran özü vəziyyəti dəyərləndirib, getmək qərarına gəldi”. 
(pfl.az)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp