Türkiyənin "Trabzonspor" klubu Madrid "Real"ının futbolçusu Sami Xediranı transfer etmək istəyir. Futbolinfo.az xəbər verir ki, İngiltərənin "Daily Star" qəzeti bu iddia ilə çıxış edib. 
Mənbədə qeyd olunur ki, İspaniya təmsilçisi almaniyalı yarımmüdafiəçi ilə yollarını ayırmaq istəyir. Bundan istifadə edən "Arsenal", "Çelsi", "Liverpul" və "Mançester Yunayted" kimi klublar da Xediranı heyətinə qatmaq istəyir, ancaq Türkiyə klubu bu məsələdə bir addım öndədi.
"Trabzonspor" futbolçunu transfer etmək üçün yaxşı bir təklif hazırlayır. Xedira isə "Real"da qalmaq niyyətindədi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp