Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 18-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Ufuk Budakın çıxış etdiyi "Qaziantep BB" də növbəti matçına çıxıb.   
 
Adıçəkilən komanda səfərdə yığmamızın digər üzvü Vaqif Cavadovun şərəfini qoruduğu "Boluspor"la qarşılaşıb. Oyun qonaqların 1:3 hesablı məğlubyyəti ilə başa çatıb. 
Matça start heyətdə çıxan futbolçumuz sona qədər mübarizə aparıb. Cavadov isə 87-ci dəqiqədə sabiq komandası ilə oyunda meydana çıxmaqla Bolu təmsilçisində debüt edib.
Qeyd edək ki, Qaziantep təmsilçisi hazırda 20 xalla turnir cədvəlinin 12-ci, 23 xal toplayan "Boluspor"isə 10-cu pilləsində qərarlaşır. 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp