Bu gün Topaz Premyer Liqasında 19-cu turun növbəti oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, "Simurq" doğma arenada "Xəzər Lənkəran"nı 2:0 hesabı ilə məğlub edib. 
Zaqataladakı matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi George Çixradze qələbəni belə şərh edib: 
“Maraqlı və intensiv oyunun şahidi olduq. Oyundan öncə mənə çox adam deyirdi ki, dəyişikliklər “Xəzər Lənkəran”ı zəiflədəcək. Amma oyun göstərdi ki, bu, heç də belə deyil. Matçın ilk dəqiqələrində futbolçularım əsəbi idi. Çünki bir müddətdi ki, rəsmi oyuna çıxmırdılar. İkinci hissə isə fərqli oldu. Elnur Abdullayev bu oyunda həlledici qolu vurdu. Düşünürəm ki, Elnur bu oyuna əlavə motivasiya ilə çıxmışdı. Elnuru yeni komandasına vurduğu qola görə təbrik edirəm. Deməliyəm ki, biz yaradılan qol vəziyyətlərindən maksimum istifadə edə bilmirik. Bunun üzərində işləməliyik”. 
(pfl.az)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp