Topaz Premyer Liqasının 19-cu turu çərivəsində Zaqatalada "Simurq" "Xəzər Lənkəran"ı qəbul edib. Futbolinfo.az xəbər verir ki, oyun meydan sahiblərinin 2-0 hesablı qələbəsi ilə başa çatıb. 
Bu qarşılaşma 1 futbolçu üçün xüsusi olaraq əlamətdar olub. Belə ki, zaqatalalıların oyunçusu Elnur Abdullayev "Simurq"un heyətində debüt matçını sabiq klubu olan "Xəzər Lənkəran"a qarşı keçirib və 1 qol vurub. Futbolçu oyundan sonra saytımıza açıqlama verib: 
"Bilirik ki, Lənkəran klubunda böyük dəyişikliklər olub və heyət əsasən gənc futbolçulardan qurulub. Amma buna baxmayaraq, onlar bu gün yaxşı mübarizə apardılar. Əsasən də ilk yarıda gözəl oyun nümayiş etdirdilər. Biz bilirdik ki, onlar özlərini göstərməyə çalışacaqlar. Lakin bu gün təcrübə öz sözünü dedi və biz qələbə qazandıq. 4 il lənkəranlıların heyətində oynamağıma baxmayaraq, sabiq klubuma qol vurdum. Bu futboldu, biz hara getsək də, öz peşəkarığımızı göstəririk. Mənə elə gəlir ki, biz bu il ilk üçlükdə qərar tutacağıq".
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp