Barselona"nın yarımmüdafiəçisi Xavi Hernandes "Atketiko"nun türkiyəli futbolçusu Arda Turanın "Barselona" ilə İspaniya Kuboku matçında butsunu yan xətt hakimi tərəfə atmasına münasibət bildirib. Futbolinfo.az xəbər verir ki, AS qəzetinə danışan təcrübəli oyunçu sözlərinə belə davam edib: 
"Bu qərar məni çox təəccübləndirdi. Həmin epizod aşkar qırmızı vərəqəlik idi. Amma bu işin müzakirəsiylə intizam komitəsi məşğul olmalıdı. Biz oyunçular qaydalara riayət etməni təmin edə bilmirik. Amma hesab edirəm ki, bu, təmiz qırmızı vərəqədi. Belə hərəkətlərə hakimin reaksiyasından asılı olmayaraq, baxmaq lazımdı".
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp