Cari mövsüm böyük maliyyə qaynağı yaradan "Atletiko" transfer bazarında adını hallandırmağa davam edir. Futbolinfo.az xəbər verir ki, Madrid klubu ilə bağlı növbəti iddia "Mançester Yunayted"in aparıcı futbolçusu Xuan Mataya görədi. 
"The Sun" qəzetinin yazdığına görə, paytaxt təmsilçisi yay "transfer pəncərəsi"ndə ispaniyalı futbolçunu heyətinə qatmağa çalışacaq.
Qeyd edək ki, cari mövsüm MY forması ilə 22 matçda meydana çıxan Mata 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. 26 yaşlı yarımmüdafiəçi daha öncə 2007-11-ci illərdə “Valensiya” forması ilə La Liqada mübarizə aparıb.
Shares: