Barselona”nın baş məşqçisi Luis Enrike klubun sabiq çalışdırıcısı Xosep Qvardiola haqda danaışıb. Futbolinfo.az xəbər verir ki, o, Pepin rekordlarını təkrarlamaq fikrində olmadığını deyib:
“Qvardiolanın rekordları? Mən bilmirdim ki, ardıcıl 11-ci qələbəni qazandığım zaman onunla müqayisə olunacam. Rekordlar məni maraqlandırmır. Biz yalnız mövsümün sonluğunda bunu qiymətləndirə bilərik”.
Xatırladaq ki, İspaniya təmsilçisi bütün turnirlər daxil olmaqla 11 görüşdü ki, ardıcıl qalib gəlir. Sonuncu dəfə bu uğura klub 2008/09 mövsümündə nail olub.