19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raunduna hazırlıq məqsədilə müvafiq yaş qrupuna aid Azərbaycan yığması ardıcıl iki təlim-məşq toplanışında olacaq. Futbolinfo.az xəbər verir ki, millimiz bu gündən fevralın 22-dək Finlandiyanin Helsinki, fevralın 23-dən 28-dək isə İrlandiyanın Dublin şəhərlərində hazırlıq keçəcək.
“Qəbələ” klubundan yığmaya çağırılmış Qismət Əliyev zədəli olduğu üçün toplanışda iştirak edə bilməyəcək.
(affa.az)