Azərbaycan millisinin sabiq müdafiəçisi Rail Məlikovun çıxış etdiyi Türkiyənin “Dənizlispor” klubunda yeni təyinat reallaşıb. Futbolinfo.az xəbər verir ki, Engin İpəkoğlunun istefasından sonra baş məşqçi postuna Məhmət Altıbarmaq gətirilib.
Klubdan verilən açıqlamaya görə, 45 yaşlı çalışdırıcı ilə mövsüm sonunadək müqavilə imzalanıb.
Qeyd edək ki, o, Özcan Bizati və Əngin İpəkoğludan sonra cari mövsümdə PTT 1-ci Liqa təmsilçisini çalışdıracaq üçüncü məşqçi olacaq.