Topaz Premyer Liqasının 23-cü turunda “Xəzər Lənkəran” səfərdə “Qəbələ”nin qonağı olacaq. Futbolinfo.az xəbər verir ki, ötən tur istirahət edən cənublular artıq “qırmızı-qaralar”la oyunun hazırlığına start verib.
Zədə səbəbi ilə əməliyyat olunan Orxan Sadıqlı bu problemi geridə qoyub. Gənc qapıçı artıq komanda ilə birgə məşqlərdə iştirak edir. Zədəli olan Adrian Skarlatake və Ruslan Cəfərov isə hələ ki, bu problemdən qurtula bilmir. Onu da əlavə ki, Elbur Məmmədovun yetirmələri sabah Lənkərandan səhər məşqini etdikdən sonra Qəbələyə yola düşəcək.
Qeyd edək ki, “Qəbələ” – “Xəzər Lənkəran” matçı fevralın 19-da baş tutacaq.