“Qarabağ” Topaz Premyer Liqasının 22-ci turu çərçivəsində “Simurq”u qəbul etdi. Futbolinfo.az xəbər verir ki, qış fasiləsindən sonra uğurlu qrafik cızan Zaqatala təmsilçisi turnir cədvəlinin liderinə cari ildə ilk xal itkisini yaşatmaq niyyətində idi. "Atlılar"ın Zaqatala təmsilçisi ilə qarşılaşmalarının hər zaman çətin keçdiyini nəzərə alsaq, bu oyunda istənilən nəticəyə açıq olduğunu görmüş olardıq. İlk dövrədə mərkəzi arenada baş tutan qarşılaşmada Vüqar Nadirovun qolu yeganə olmuş, Zaqataladakı qarşılaşmada isə son çempion meydandan 3:2 hesablı qələbə ilə ayrılmışdı.
Ötən tur AZAL-la baş tutan oyunla müqayisədə Ağdam təmsilçisinin heyətində cəmi 1 dəyişiklik vardı. Sağ cinah vinger mövqeyində Vüqar Nadirovu Namiq Ələsgərov əvəzləmişdi.
Oyun haqqında bunu deyək ki, gərgin qarşılaşmadan Ağdam təmsilçisi 1:0-lıq qələbə ilə ayrıldı. Reynaldo Namiqdən ötürməni geri alıb, gözəl zərbəylə qələbə qolunu vurdu.
Bu oyun və qələbə ilə bağlı bir sıra maraqlı məqamlar var:
1. Qurban Qurbanovun yetirmələri “Simurq” üzərində cari çempionatda keçirilmiş 3 oyunda qələbə qazanmaqla ən uğurlu seriyasını qırdı. Həmçinin, AZAL-la da keçirilmiş hər 3 görüşdə ağdamlılar meydandan 3 xalla ayrıla bilib.
1. Qurban Qurbanovun yetirmələri “Simurq” üzərində cari çempionatda keçirilmiş 3 oyunda qələbə qazanmaqla ən uğurlu seriyasını qırdı. Həmçinin, AZAL-la da keçirilmiş hər 3 görüşdə ağdamlılar meydandan 3 xalla ayrıla bilib.
2. Qarabağlılar bu qələbə ilə çempionatda 13-cü qələbəsini qazanmaqla, ardıcıl 5-ci oyunda da xal itirmədi. Başqa sözlə, komanda 5 oyunluq qələbə seriyasına malikdi.
3. Bölgə təmsilçisi sonuncu dəfə dekabrın 14-ündə, 16-cı turda “Qəbələ”ylə oyunda xal itirib. Belə olan halda Ağdam təmsilçisi 66 gündü məğlubiyyətin nə olduğunu bilmir. Bu müddətdə “Xəzər-Lənkəran” 3:2, “Sumqayıt” 2:0, “Bakı” 4:1, AZAL 1:0, “Simurq” isə 1:0 hesabı ilə məğlub edilib.
4. “Qarabağ” cari mövsümdə 2-ci dəfə 5 qələbəlik seriya yaxaladı. Daha öncə 5-9-cu turlar arasında AZAL 3:0, “Simurq” 1:0, “Neftçi” 3:1, “Qəbələ” 2:0, “Xəzər-Lənkəran” 3:2 məğlub edilmişdi.
4. “Simurq”la oyunda yeganə qola imza atan Reynaldo unikal göstəriciyə imza atıb. Belə ki, ötən mövsümün bombardiri Premyer Liqadakı bütün klublara qol vursa da, (ötən mövsüm premyerliqada olan "Rəvan" da da daxil olmaqla) sadəcə “Simurq”u məyus edə bilməmişdi. Braziliyalı forvard sonuncu qarşılaşmada fərqlənməklə bu sindroma son qoydu.
(Klub saytı)