Bu gün Türkiyə Kubokunun ¼ final mərhələsinin püşkatma mərasimi keçirilib. Futbolinfo.az xəbər verir ki, ¼-də millimizin üzvü Kamran Ağayevin çıxış etdiyi “Kayserispor” Sərgən Yalçının başçılıq etdiyi “Sivasspor”la qarşılaşacaq.
 
Kayseri təmsilçisi rəqibini mübarizədən kənarlaşdıra bilsə, “Qalatasaray” – “Manisaspor” cütünün qalibi ilə qarşılaşacaq. 
Qeyd edək ki, ¼ final mərhələsinin ilk oyunları martın 3, 4, 5-də keçirdiləcək. Cavab oyunları isə martın 7, 8, 9-u tarixində baş tutacaq. Onu da əlavə edək ki, millimizin sabiq hücumçusu Branimir Subaşiç də "Manisaspor"da çıxış edir.
Shares: