“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin son turunda “İnter”lə keçirilən oyunla (0-0) bağlı apellyasiya şikayətində UEFA-dan istədiyi cavabı ala bilməyib. Futbolinfo.az xəbər verir ki, Avropa futbol qurumu ağdamlıların şikayətini rədd edib. 
Bu barədə klubun vəkili Qürur Qaye Ünal məlumat verib. Vəkil, çexiyalı Miroslav Zelinkanın başçılıq etdiyi hakimlər briqadasının cəzalandırıla biləcəyini deyib: "Apellyasiya Komitəsindən verilən açıqlamada Riçard Almeydanın qolunun hakimlər tərəfindən qeydə alınmamasının yanlış qərar olduğu bildirildi. Həmçinin qeyd olundu ki, UEFA həmin görüşün hakimlərini cəzalandıra bilər. Ancaq oyunu yenidən keçirilməyəcək". 
Xatırladaq ki, “Qarabağ” – “İnter” oyunun artırılma dəqiqələri gedərkən, Ağdam klubunun braziliyalı yarımmüdafiəçisi hesabı açsa da, çexiyalı baş hakim qolu oyundan kənar vəziyyət kimi, qiymətləndirərək, hesaba almamışdı. Bunun nəticəsində də təmsilçimiz Avro Liqanı erkən başa vurmuşdu. F qrupundan növbəti mərhələyə isə qrup lideri “İnter” və ikinci yerdə qərar tutan “Dnepr” klubları adlayıb.
Shares: