İspaniyalı məşhur hücumçu Fernando Lorente karyerasını İngiltərədə davam etdirə bilər. Futbolinfo.az xəbər verir ki, İtaliya "Yuventus"unun üzvü "Tottenhem"in maraq dairəsinə düşüb. 
Bunu "Football İtalia" nəşri iddia edib. London klubu 29 yaşlı forvardı yay "transfer pəncərəsi"ndə heyətinə qatmaq istəyir.
Qeyd edək ki, cari mövsümdə 22 matçda meydana çıxan Lorentenin aktivində 4 qol və 1 məhsuldar ötürmə var. O, ötən il azad agent kimi Turin təmsilçisinə keçmişdi.
Shares: