Topaz Premyer Liqasının 23-cü turunda doğma arenada "Sumqayıt"ı qəbul edəcək "Simurq" ötən gün son məşqini edib. Futbolinfo.az xəbər verir ki, çalışmaları güclü yağan qar altında edən Zaqatala təmsilçisinin heyətində yalnız dizindən əməliyyat olunan Əli Gökdəmir iştirak etməyib. 
Bir saatdan artıq davam edən oyunöncəsi son məşq ənənəvi olaraq isinmə hərəkətləri ilə başlayıb. Daha sonra "kvadrat" və ikitərəfli oyun keçirilib. Hazırlığın sonunda qapıya zərbələr üzərində tapşırıqlar yerinə yetirilib. Bundan sonra futbolçular çalışmaları tamamlayaraq, istirahətə çəkilib. Onu da əlavə edək ki, Görüşdə Əli Gökdəmirlə yanaşı, sarı vərəqə limitini dolduran Marko Stanoyeviç də bu qarşılaşmada forma geyinə bilməyəcək.
Qeyd edək ki, "Simurq" – "Sumqayıt" oyunu sabah saat 17:00-da start götürəcək. 
(Klub saytı)
Shares: