Portuqaliya çempionatının 2-ci Liqasında (Segunda Liga) 28-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin çıxış etdiyi "Atletiko" doğma arenada “Trofense” ilə üz-üzə gəlib.
 
Oyun ev sahiblərinin 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Ötən turlarda da forma şansı əldə edə bilməyən Quluzadə isə matçın sonuna kimi ehtiyyat oyunçular skamyasında oturub.
Qeyd edək ki, "Atletiko" hazırda 27 xalla 21-ci yerdə qərarlaşıb.
Shares: