Türkiyədə dizindən əməliyyat olunan AZAL-ın braziliyalı legioneri Eduardo Konseysao Masiel (Edu) artıq Azərbaycana qayıdıb. Futbolinfo.az xəbər verir ki, Edu hələ ki köməkçi vasitəylə gəzir.
Klubdan verilən məlumata görə, o, təxminən 2 həftə sonra o sərbəst gəzməyə başlayacaq.
Qeyd edək ki, Edu yanvarın 30-da klubun əvəzedici heyəti ilə "Neftçi"yə qarşı çıxış edərkən zədələnmişdi.