Ötən gecə Çempionlar Liqasının 1/8 finalında baş tutan “Şalke” – “Real” matçından (0:2) sonra hər iki komandanın baş məşqçisi fikirlərini mətbuatla bölüşüb. Futbolinfo.az xəbər verir ki, Roberto Di Matteo yaxşı oynasalar da, qolun yeganə çatışmayan şey olduğunu bildirib:
“Mən iki komandanın bir neçə qol şansı olduğunu deyə bilərəm. Lakin “Real” bu şanslardan istifadə edə bildi. Bizim üçün istənilməz nəticə idi. İker Kasilyası narahat edə bilirdik. İkinci hissə başlayanda bir qol vursaq ssenari tam başqa cür ola bilərdi. Biz çox güclü rəqibə qarşı yaxşı mübarizə apardıq. Real keyfiyyət, xüsusilə hücumda bütün komandaları üstələyir. Beyl, Ronaldo və Benzema kimi bir hücum xəttindən söhbət gedirsə, mütləq təhlükə var. Növbəti mərhələyə çıxmaq istəyiriksə, səfərdə azı 2 qol vurmalıyıq”.
Karlo Ançelotti isə komandasının layiqli qələbə qazandığını təlqin edib:
“Mənim komandam bu gün yaxşı oynayan tərəf idi. Matç sürətli keçdi. Topa çox nəzarət edirdik. “Şalke” 1 epizoddan başqa qola yaxaın ola bilmədi. Ronaldonun fərlənməsi isə məni daha da sevindirdi. Düşünürəm ki, biz doğru yoldayıq. Marselonun möhtəşəm qoluna təəccübləndim. Sağ ayağı ilə belə bir qol vurması inanılmaz idi. Pepenin meydanda olması isə olduqca əhəmiyyətli idi. Müdafiədə hər zaman tə2crübəli biri olmalıdı”.