U-21 fevralın 20-dən 26-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçəcək. Saytımıza danışan yığmanın yeni baş məşqçisi Yaşar Vahabzadə baş tutacaq hazırlıq prosesindəki planlarından bəhs edib.
O, bundan başqa “Bakı”dan milliyə niyə az futbolçu çağırıldığını bildirməklə yanaşı, milliləşdirilməyə namizəd olan Dəniz Topçu məsələsinə də aydınlıq gətirib:
 
“Bəzi uşaqları milliyə götürə bilmədik. Elə futbolçular var ki, ayın 20-də ölkə çempionatında çıxış etməlidi. Əsas məqsədimiz iki yoxlama oyununda milliyə cəlb olunan futbolçulara baxmaqdı. Məqsədimiz futbolçuların hazırlıqlarının hansı yerdə olduğuna şahidlik etməkdi. Bizə 1994-95 təvəllüdlü futbolçular lazımdı. Nəzərə alaq ki, bu yaşda futbolçular “BakI”da azdı. Dəniz Topçu bundan əvvəl də milliyə cəlb olunmuşdu. Dəniz ötən il Malta ilə keçirdiyimiz yoxlama matçında əsas heyətdə iştirak etmişdi. O, hələ milliləşdirilməyib. Bizim o mövqeydə çıxış edən yerli futbolçularımız da var. İşimizə yaramasa, müdafiə mövqeyində çıxış edən yerli futbolçulara baxacağıq”.
Qeyd edək ki, Vahabzadənin yetirmələri fevralın 23-də Qananın U-21 yığması, fevralın 26-da isə Çinin “Hunan Billows” klubu ilə qarşılaşacaq.
Shares: