Madrid "Real"ının canlı əfsanəsi Raul Qonzales klubda mümkün çalışma ehtimalını şərh edib. Futbolinfo.az xəbər verir ki, o, jurnalistlərin Madrid klubuna mümkün qayıdışı ilə bağlı verdikləri suala müsbət cavab verib:
"Real" mənim evimdi. Geri dönmək mənim üçün çox önəmli hadisə olardı. Mənə doğurdan ehtiyacları olsa, qayıdardım. Hələ də Madrid klubunun azarkeşləri tərəfindən sevilməyim məni xoşbəxt edir. Bu mövzuda çox həssasam. Ancaq hazırda "Kosmos"da böyük layihənin üzərində işləyirik. Futbolun yavaş-yavaş inkişaf etdiyi ABŞ-da uzun yol qət edəcəyimi düşünürəm. Yəqin ki, 4-5 il burda qalacağam. O zamana qədər "Real"da nələrin dəyişəcəyini, kimlərin qalacağını heç kim bilə bilməz".