"Atletiko"nun məşqçilər korpusu sevindirici xəbər alıb. Futbolinfo.az xəbər verir ki, komandanın istedadlı yarımmüdafiəçisi Tiaqo Mendeş zədəsini sağaldıb. Portuqaliyalı futbolçu komanda ilə birgə məşqlərə başlayıb.
Aparılan müayinələr nəticəsində zədənin ciddi olmadığı aşkarlanıb.
 
Tiaqo La Liqanın son turunda "Selta" ilə görüşdə zədələnmişdi və oyunu davam etdirə bilməmişdi.
Shares: