"Real" (Madrid) klubunun təcrübəli siması Pepe ötən axşam keçirdikləri "Şalke"ilə görüş haqda danışıb. Futbolinfo.az xəbər verir ki, stopper Ançelottini komandanın atası adlandırıb:
"Kriştianu həmişəki kimidi – o, xoşbəxtdi və komanda yoldaşlarını ruhlandırır. Bizim də ondan gözlədiyimiz budu. Soyunub-geyinmə otağında sevincini bizlə bölüşür. Şadam ki, Ronaldo həmişə komanda yoldaşlarına kömək edir. Ondan çox razıyıq. O, "Real" üçün oynadığını dərk edir və üzərində təzyiq hiss edir, ancaq biz həmişə onun tərəfindəyik. Biz sanki bir ailəyik, Ançelotti isə atamızdı".