Bu gün Topaz Premyer Liqasında 23-cü turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, AZAL doğma meydanda "İnter"i qəbul edir.
"AZAL Arena"da keçirilən qarşılaşmanın 30-cu dəqiqəsində maraqlı hadisə yaşanıb. Belə ki, "bankirlər"in hücumçusu Junior Nildo oyunun gedişində zədələnib. Yerə yıxılan futbolçuya həkimlər ilk tibbi yardım göstırdiyi vaxt matçın baş hakimi Fariz Yusifov oyuna spreysiz çıxdığını xatırlayıb. Təcrübəli fit sahibi 4-cü hakimə yaxınlaşaraq, ondan sprey istəyib və onu belinə taxıb.
Shares: