Bu gün Topaz Premyer Liqasında 23-cü turun oyunları keçiriləcək. Futbolinfo.az xəbər verir ki, "Qəbələ" doğma azarkeşləri qarşısında "Xəzər Lənkəran"ı qəbul edəcək.
Qəbələyə ezam olunmuş əməkdaşımızın verdiyi məlumata görə, azad agent statusu ilə “Qəbələ”yə keçən sol cinah müdafiəçisi Rikardinyo cənublularla görüşdə iştirak etməyəcək. Bu barədə klubun mətbuat xidməti rəhbəri Anar Hacıyev bildirib. Hacıyev deyib ki, Rikardinyonun lisenziya məsələsi yaxın günlərdə həll olunacaq. Heç bir problem olmasa, ispaniyalı “Qarabağ”la oyunda meydanda olacaq. 
Qeyd edək ki, “Qəbələ” – “Xəzər Lənkəran” qarşılaşması bu gün saat 17:00-da baş tutacaq.
Shares: