Bu gün Topaz Premyer Liqasında 23-cü turun oyunları keçiriləcək. Futbolinfo.az xəbər verir ki, "Qəbələ" doğma azarkeşləri qarşısında "Xəzər Lənkəran"ı qəbul edəcək.
Qəbələyə ezam olunmuş əməkdaşımızın verdiyi məlumata görə, Lənkəran təmsilçisinin heyətində itki baş verib. Belə ki, Cənub klubunun müdafiəçisi Tural Cəlilov məşqdə zədələnib və bugünkü görüşdə iştirak etməyəcək. Bu səbəbdən də gənc müdafiəçinin adı matçın iştirak ərizəsindən çıxarılıb.
Qeyd edək ki, “Qəbələ” – “Xəzər Lənkəran” qarşılaşması bu gün saat 17:00-da baş tutacaq.