Bu gün Topaz Premyer Liqasında 23-cü turun oyunları keçiriləcək. Futbolinfo.az xəbər verir ki, "Qəbələ" doğma azarkeşləri qarşısında "Xəzər Lənkəran"ı qəbul edəcək.
Lənkəran klubunun baş məşqçisi Elbrus Məmmədov oyun öncəsi futbolinfo.az saytına danışıb: “Yaxşı oyun gözləyirəm. Çünki hər iki komandaya xal lazımdı. Hər iki komanda qış fasiləsindən sonra 3 oyun məğlub olub. Komandanın əhval ruhiyyəsi yaxşıdı. Qələbə üçün gəlmişik, inanıram ki, sonda sevinən tərəf biz olacağıq”.
Qeyd edək ki, “Qəbələ” – “Xəzər Lənkəran” qarşılaşması bu gün saat 17:00-da baş tutacaq.