Bu gün Topaz Premyer Liqasında 23-cü turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, AZAL doğma meydanda "İnter"lə 1:1 bərabərə qalıb.
"AZAL Arena"da keçirilən qarşılaşmadan sonra qalmaqal yaşanıb. Belə ki, oyun başa çatdıqdan sonra ev sahibi komandanın futbolçusu Nicat Qurbanov və rəqib hücumçu Baçana Sxadadze arasında sözlü atışmalar başlayıb. Bunun ardından onların mübahisəsi davaya çevrilib. Hər iki klub nümayəndələri də davaya qoşulduğu üçün stadionun soyunub-geyinmə otağına gedən koridorda qalmaqal yaşanıb. Hazırda polis əlbəyaxa dava edən tərəfləri sakitləşdirməyə çalışır.
Shares: