“Çelsi”nin təcrübəli kapitanı Con Terri daha bir il komandasına xidmət etmək istəyir. Futbolinfo.az xəbər verir ki, müqavilə müddəti yayda başa çatacaq stopper sözləşməni 1 mövsümlük yeniləmək niyyətindədi. 
İngilis futbolçu hər şeyin klubun mövqeyindən asılı olduğunu bildirib: "Danışıqlar hələ ki, başlamayıb, ancaq rəhbərlik məsələdən xəbərdardı. Ümid edirəm ki, hər şey qaydasına düşəcək. Bilirəm ki, mənlə müqavilə müddətinin uzadılması klubun əsas prioritetləri siyahısına daxil deyil. Ancaq buna münasibətim normaldı. Sadəcə daha 1 il oynamağa ehtiyacım var, sonrasına baxarıq. İstirahətə ehtiyacım yoxdu. Karyeramı bitimək fikrində deyiləm. Formamı qorumaq üçün oynamaq istəyirəm".
Qeyd edək ki, Terri 1998-ci ildə karyerasına başladığı gündən bəri “Çelsi”nin formasını geyinir.
Shares: