Bu gün Topaz Premyer Liqasında 23-cü turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, AZAL doğma meydanda "İnter"lə 1:1 bərabərə qalıb.
"AZAL Arena"da keçirilən oyundan sonra baş verən dava ilə bağlı Hakimlər Komitəsinin Sədri Xəqani Məmmədov açıqlama verib: "Əvvəlcədən oyunda gərginlik var idi. "İnter"in ehtiyyat skamiyasında oturanlar özlərini çox aqressiv aparırdılar. Hadisələrin gedişi Baçana Sxadazenin sarı vərəqə almasından sonra baş verdi. Olanlar hamısı hakimlərin protokolunda öz əklsini tapacaq. İntizam Komitəsi baş verənləri araşdıracaq. Əgər Sxadadze baş hakimə qarşı nalayiq ifadələr işlədibsə, mütləq cəzalanacaq".
(Futbol11.az)