Bu gün Topaz Premyer Liqasında 23-cü turu çərçivəsində keçirilən AZAL – "İnter" (1:1) matçından sonra dava düşüb. Futbolinfo.az xəbər verir ki, oyun başa çatdıqdan sonra ev sahibi komandanın futbolçusu Nicat Qurbanov və rəqib oyunçu Baçana Sxadadze arasında sözlü atışmalar yaşanıb.
Bunun ardından onların mübahisəsi davaya çevrilib. Hər iki klub nümayəndələri də davaya qo.ulduğu üçün stadionun soyunub-geyinmə otağına gedən koridorda qalmaqal yaşanıb. Əldə etdiyimiz məlumata görə, davanın başlamasına Sxadadzenin yerə yıxılan rəqib futbolçu Eltun Yaqubluya təpik atması səbəb olub.