Bu gün Topaz Premyer Liqasında 23-cü turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, AZAL doğma meydanda "İnter"lə 1:1 bərabərə qalıb.
"AZAL Arena"dakı oyundan sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Kaxaber Sxadadze heç-heçəni belə şərh edib:
“Emosiyalar yüksək idi. Biz matça bərbad şəkildə başladıq və 1-ci dəqiqədə qol buraxdıq. Qoldan sonra oyunda dəyişiklik edib, bərabərlik qolunu vurduq. Üstün tərəf biz idik. İlk hissədə Nildo zədə aldı. Onun əvəzlənməsindən sonra hücumda pressinq edə bilmirdik. Çox sayda oyunçunun psixoloji problemi var. Bilirsiniz ki, qarşıdan millinin toplanışı gəlir. Amma milliyə getmək üçün ilk növbədə klubda yaxşı futbol sərgiləmək lazımdı. Çox çətin bir oyun oldu. Xoşagəlməz hadisələr oldu. Oyunda, eləcə də ondan sonra baş verən hadisələr mənim üçün xoş deyil. Mən çalışırdım ki, sülh yaradım. Amma bir-birmizə hörmətlə yanaşırıq”.
(pfl.az)