Bu gün Topaz Premyer Liqasında 23-cü turu çərçivəsində keçirilən AZAL – "İnter" (1:1) matçından sonra dava düşüb. Futbolinfo.az xəbər verir ki, oyundan sonra jurnalistlərə açıqlama verən ev sahibi klubun vitse-prezidenti Fikrət Hüseynov baş verən qalmaqala belə aydınlıq gətirdi.
O, "İnter"in gürcüstanlı baş məşqçisi Kaxaber Sxadadzeni günahlandırıb:
"Qarşılaşmadan dərhal sonra futbolçularımızla danışdım. Oyunun sonunda baş verən qalmaqal yan xətt hakiminin gözü önündə baş verdi. “İnter”in üzvü Derlis Meza Kolli bizim oyunçumuz Viktor İqbekoyinin saçından tutdu. Elə hər şey də bundan sonra başladı. “İnter”in baş məşqçisi Kaxaber Sxadadzeni də anlamaq olduqca çətindi. Futbolçularını sakitləşdirmək əvəzinə yan xətt hakimini söyürdü. Bu cür biabırçılıq olmaz. Gürcü məşqçi 1-2 aya çıxıb gedir deyə Azərbaycan xalqını təhqir etməlidi?”