Bu gün Topaz Premyer Liqasında 23-cü turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, "Qəbələ" doğma meydanda "Xəzər Lənkəran"ı 3:1 hesabı ilə məğlub edib.
Qəbələ şəhər stadionundakı oyundan sonra keçirilən mətbuat konfransında ev sahibi komandanın baş məşqçisi Roman Qriqorçuk qələbəni belə şərh edib:
“Şərhim qısadı. Biz bu oyuna qələbə üçün çıxmışdıq. Buna da nail olduq. Əsas məsələ 3 xal qazanıb, psixoloji durumu düzəltmək idi. Bu oyun bizim üçün çox vacib əhəmiyyət daşıyırdı”.  
Shares: