Bu gün Topaz Premyer Liqasında 23-cü turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, "Simurq" doğma meydanda "Sumqayıt"la 1:1 bərabərə qalıb.
Zaqatala şəhər stadionundakı oyundan sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Aqil Məmmədov heç-heçəni belə şərh edib:
“Maraqlı oyun alındı. İlk hissədə baxımlı futbol sərgiləyə bilməsək də, ikinci yarıda vəziyyəti dəyişdik. Futbolçularım sona qədər mübarizə apardılar. Deyərdim ki, bu gün heç nə itirmədik, 1 xal qazandıq. Qazanılan xala görə sevinirəm”.