Bu gün Topaz Premyer Liqasında 23-cü turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, "Simurq" doğma meydanda "Sumqayıt"la 1:1 bərabərə qalıb.
Zaqatala şəhər stadionundakı oyundan sonra saytımıza açıqlama verən ev sahibi komandanın yarımmüdafiəçisi Elnur Abdullayev  heç-heçəni belə şərh edib:
"Ağır oyun oldu. Ələ düşən fürsətlərdən istifadə edə bilmədik. Rəqib buraxdığımız yeganə səhvdən yaxşı istifadə etdi və yekunda 2 xal itirdik. Bilirdik ki, rəqib gənc və istəkli oyunçulardan qurulmuş kollektivdi. Buna baxmayaraq, bu gün qələbə qazanmalıydıq. Növbəti matçlarda qalib gəlməyə çalışacağıq. Məncə, bu gün qalib gəlməyimizə mane olan əsas səbəb ələ düşən imkanları qaçırmağımız oldu. Fürsətləri dəyərləndirə bilsəydik, hətta 3-4 top fərqi ilə qələbə də qazana bilərdik".
Shares: